Aprelin 28-də Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin təntənəli açılış mərasimi keçiriləcək.
Xatırladaq ki, TÜRKSOY-un Daimi Şurasının ötən ilin noyabrında Türkmənistanın Marı şəhərində keçirilən toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri “paytaxt” elan olunub. Bu estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb.
“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasiminə “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun ərazisində Qala divarları içərisində start veriləcək. Burada Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunacaq. Folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edəcək, Şəki mətbəxi nümayiş olunacaq.
Şəhərdəki “Yay Teatrı”nda təşkil olunacaq rəsmi mərasimdə TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət ustaları çıxış edəcək. Tədbirdə həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar