Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın müəllifləri Oqtay Zülfüqarov və Ramiz Heydər, quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazovadır.
Bir sıra yeni obrazların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar