Qusar Dövlət Ləzgi Dram Teatrı ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini səhnələşdirib. Ləzgi dilində hazırlanan tamaşanın premyerası aprelin 4-də Qusar şəhər Mədəniyyət evinin səhnəsində olacaq.
Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (Rusiya Federasiyası) Əməkdar artisti Laləzar Hüseynovadır. Əsas rolları bacarıqlı aktyorlar Yalçın Qaraxanov, Aysel Qiyasova, Kifayət Yusifova, Həsrət Nəsrullayev və başqaları oynayır.
“Arşın mal alan” tamaşası aprel-may aylarında Qusar rayonunun əksər kənd klublarında nümayiş etdiriləcək.