“Euronews” telekanalında BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu barədə videomaterial yayımlanıb.
Videomaterialda bildirilir ki, multikultural dəyərlərə malik Azərbaycanda belə bir tədbirin keçirilməsi bir çox problemlərin açarı rolunu oynaya bilər. Forumda müzakirə olunan önəmli mövzulardan biri də miqrant böhranı olub.
Reportajda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin müsahibəsi də yer alıb. O deyib ki, bir çox hallarda KİV miqrantları dünyaya təhlükə kimi təqdim edir. Mediada Avropada kütləvi böhranın idarə edilməsi üsulunun tətbiqinə zərurət var. Miqrantlar, qaçqınlar və gənclər terrorçu qruplar tərəfindən zor tətbiq edilməklə səfərbər olunma kimi böyük risk altındadırlar. Bəzi mətbu orqanlar tərəfindən miqrantlar və terrorçular arasında yaradılan eyniləşmə ksenofobiyanı, stereotipləri, ittihamları artırır. Bu isə radikallaşmaya, zorakılığa və terrorçuluğa yol açır.
Videomaterialda digər məruzəçilər haqqında da məlumat verilir, forumda müzakirə edilən məsələlərin Bakı platformasında əhəmiyyəti vurğulanır.
Onu da əlavə edək ki, Sivilizasiyalar Alyansının Bakı Forumunu işıqlandırmaq üçün ümumilikdə 120-dək mətbuat orqanı akkreditasiyadan keçmişdi. Üç gün ərzində tədbirlə bağlı televiziyalarda 300-dən, internet resurslarında 3500-dən çox informasiya verilib, qəzetlərdə 260-dan çox material dərc edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar