Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrı Bakı səhnəsində tamaşa oynayacaq. Kollektiv aprelin 27-də Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini Akademik Milli Dram Teatrında nümayiş etdirəcək. Tamaşada rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov, Nəsibxan Əliyev, Hüseyn Mustafayev, Fəridə Məmmədova, Jalə Davudova, Qabil İbrahimli ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur.