Gəncə Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyası əsasında yeni quruluşda tamaşa hazırlanır. Əsərə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Tamaşanın rəssamı Elnur Axundovdur. Əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.
Teatrda daha bir səhnə əsərinin məşqləri isə tamamlanmaq üzrədir. Türk dramaturqu Turqay Narın “Min bir gecə nağılları”nın motivləri əsasında qələmə aldığı “Şəhrizadın oyunu" əsərinə Elşad Əhmədov quruluş verib. Səhnə tərtibatçısı teatrın baş rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Rolları Kamil Məmmədov, Kəmalə Məmmədova, Novruz Cəfərov, Salamulla İsmayılov, Rauf Hüseynov, Sevinc Hüseynova, Könül Kazımova, Aysel Şərifova, Elmir Məmmədov, Elnur Abbasov və Şamil Əliyev ifa edirlər.