Türk xalqlarının tarix boyu bəşər mədəniyyətinə verdikləri töhfələri, sahib olduğumuz mədəni mirası ən yaxşı formada dəyərləndirərək dünyaya çatdırmaq yolunda müxtəlif layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY daha bir ilkə imza atır.
4-5 may tarixində təşkilat Ankaranın Çankırı Bələdiyyəsi ilə işbirliyində “Türk Dünyası İşarə Dili Mədəniyyət və Sənət Festivalı” düzənləyəcək. TÜRKSOY-a üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyədən eşitmə və danışma əngəlli gənclərdən ibarət cəmiyyət və topluluqların qatılacağı festivalda işarə dili ilə rəqs və musiqi nümayişi ilə yanaşı, həm də hər bir ölkəni təmsil edən eşitmə əngəlli uşaqların əl işlərindən ibarət sərgi keçiriləcək. Bu məqsədlə festival keçirilən məkanlarda xüsusi stendlər qurulacaq.
Qeyd edək ki, türkdilli ölkələrin iştirakı ilə belə bir tədbir ilk dəfə gerçəkləşdirilir.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar