“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 17-ci sayı işıq üzü görüb.
Jurnalın bu sayında tarix elmləri doktoru, professor Zabil Bayramlının “Səfəvilər dövlətinin etnik mənsubiyyətinə dair”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında dabbağlıq sənətinin vəziyyəti”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlığının yeni aşkar olunmuş döyüş və dövlət bayraqları”, Şahin Əhmədovun “Kolanılar”, Bayram Quliyevin “Elxanilər dövründə Azərbaycanın dini və xatirə tikililəri” məqalələri yer alıb. Tarix elmləri doktoru, professor Şirin Bünyadovanın “Orta əsr Azərbaycan şairləri xalçaçılıq haqqında” adlı məqaləsi həm filologiya, həm də etnoqrafiya elmləri baxımından maraq kəsb edir.
Jurnal ənənəvi olaraq respublikamızda və xarici ölkə muzeylərində saxlanılan Azərbaycan xalçaları və xalça məmulatları haqqında ictimaiyyəti məlumatlandırır. Bu sayda oxucular Şirvanşahlar sarayında mühafizə olunan xalça və xalça məmulatları, onların tarixi, texniki göstəriciləri haqqında məlumat ala biləcəklər.
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin “XIV əsrin sonu - XVI əsrin əvvəllərində Şirvanşahlar dövlətinin pul işi” adlı məqaləsi son illərdə Şirvanşahlar dövlətinin tarixinə dair aparılan tədqiqatlar əsasında hazırlanıb.
Nəşrin baş redaktoru “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar