Təsviri sənət müsabiqəsinin yekun sərgisi

Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqı ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "Vətən buradan başlayır" adlı sərgi-müsabiqə keçirir.
Müsabiqəyə təsviri sənətin bütün nominasiyaları üzrə 300-dən çox iştirakçı 1000-ə qədər iş təqdim edib. İlkin seçimlərdə 70-dək əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb.
Qaliblər mayın 6-da Xətai Sənət Mərkəzində müsabiqənin ikinci turunda izləyicilər tərəfindən seçiləcək.
Sərgiyə gələn hər kəs uduşlu bir səs kuponuna sahib olacaq. İzləyicilər sərginin girişində onlara təqdim olunan uduşlu biletlə həm bəyəndiyi əsərə səs verəcək, həm də uduş qazanmaq şansı əldə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar