Mayın 3-də Latviya Respublikasının Azərbaycandakı səfiri Yuris Maklakovs və səfirliyin əməkdaşı Eva Majore Milli Kitabxanada olublar.
Milli Kitabxananın direktoru Kərim Tahirov görüş zamanı iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən söz açıb. Səfir kitabxanada yeni iş üsulları, avtomatlaşdırma prosesləri, keçirilən tədbirlərlə maraqlanıb.
Görüşdə bu ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanasında Latviyaya aid kitab, foto və incəsənət əsərlərindən ibarət sərginin təşkil edilməsi qərara alınıb.
Qonaqlara “Azərbaycan Milli Kitabxanası” kitab-albomu, “Azərbaycan xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan ədəbiyyatı” (ingilis dilində) kitabları hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar