Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı İlqar Fəhminin “2015-ci kvartal” əsəri əsasında yeni tamaşa hazırlanır. Tamaşaya quruluşu rejissorlar Anar Sadıqov və Əlif Cahangirli verir. Bu, gənc rejissorların debütüdür. Əsərin quruluşçu rəssamı Elgün Vəliyev, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Bədii rəhbər Xalq artisti, rejissor Azərpaşa Nemətovdurdir.
Səhnə əsərində Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov, Nadir Xasıyev, eləcə də Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev və digər gənc aktyorlar iştirak edir.
Əsər insanların mənəvi aşınmasından, cəmiyyətdəki təmiz və köməksiz insanların iç dünyasından, köhnə Bakı haqqında nostalji hisslərdən və yeni Bakı haqqında düşüncələrdən bəhs edir.