Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyevin hazırladığı "Qaçaq qocalar" tamaşası Türkiyədə beynəlxalq teatr festivalına dəvət alıb. Festival mayın 18-dən 24-dək Dənizli şəhərində keçiriləcək.
"Qaçaq qocalar" əsərinin müəllifi Elçin Hüseynbəylidir. Tamaşa ilk dəfə Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına kiçik səhnəsində nümayiş etdirilib.
Tamaşanın geyim üzrə rəssamı Zəminə Orucova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Rolları Kərəm Hadızadə, əməkdar artistlər Nofəl Vəliyev, Seyidşah Məmmədov, Məsumə Babayeva, Eşqin Quliyev, Səbinə Məmmədova oynayır.