Mayın 5-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda videokonfrans keçirilib.
Naxçıvan Dövlət Universitetinin video-bağlantı vasitəsilə qoşulduğu konfransda ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərindən bəhs edilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, institutun şöbə müdiri, professor Asif Rüstəmli, aparıcı elmi işçisi Yaşar Qasımbəyli, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, əməkdaşı Gülxarə Əhmədova, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Rafiq Quliyev, sektor müdiri Pakizə Almazova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Vüsalə Məmmədzadə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev irsi ölkəmizin tarixində əbədi qalacaq bir irsdir.
Tədbirin sonunda bir sıra elm və incəsənət xadimləri diplom və sertifikatlarla təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar