Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi-estetik tərbiyəsinin formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcı heyət Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin «Hekayəti-xırs-quldurbasan» tamaşası ilə iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.