"Yuğ" Dövlət Teatrında gənc rejissor Günay Səttarovanın quruluşunda türk yazıçısı Turqay Narın "Zibillik" əsəri əsasında hazırlanan eyniadlı tamaşa yaxın günlərdə teatrsevərlərin ixtiyarına veriləcək. Teatrın aktyorları Amid Qasımov, Oqtay Mehdiyev, Rasim Cəfərov, Təranə Atacan, Zümrüd Qasımova və Vüqar Hacıyevin rol aldığı tamaşa sosial-mənəvi problemlər burulğanına düşən insanların faciəsindən bəhs edir.