“Artıq tamah baş yarar”

Qax Dövlət Kukla Teatrında Əli Səmədlinin “Artıq tamah baş yarar” əsəri əsasında səhnələşdirilən yeni tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Əmrah Məmmədovdur. Rolları teatrın aktyorları Afət Yaqubova, Araz Mehrablı, Aynurə Abbasova, Azər Kərimov və başqaları ifa edirlər.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, ingilis yazıçısı Redyard Kiplinqin “Başlı-başına gəzən pişik” əsəri əsasında eyniadlı tamaşa üzərində də məşqlər davam edir. Yaradıcı heyət bu səhnə əsərini sentyabrda tamaşaçılara təqdim edəcək. Teatrın kollektivinin payız aylarında Şəki və Oğuz rayonlarına qastrol səfərləri də planlaşdırılır.