Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanan tamaşa ilə 132-ci teatr mövsümünü başa çatdırıb.
Tamaşadan əvvəl Xalq artisti Kamran Quliyev çıxış edərək Naxçıvan teatrının keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, bu mövsüm kollektivin hazırladığı “Yəhya bəy Dilqəm”, “Nadanlıq” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Teatr Naxçıvan Gənclər Fondu ilə birlikdə muxtar respublikanın müxtəlif rayonlarında dövlətçilik, vətənpərvərlik mövzusunda qələmə alınan “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Qurtuluş dastanı” kimi tamaşaları nümayiş etdirib.