Noyabr ayında Belarusun paytaxtı Minskdə "Gənclərin II Beynəlxalq Teatr Forumu" keçiriləcək. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət bildirib ki, tədbirə ölkəmizdən də nümayəndələr qatılacaq.
Forumda iştirak etmək üçün 14 ölkədən 300-dən çox qonağın Minskə toplaşacağı gözlənilir. Azərbaycan 30 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Akademik Milli Dram Teatrının kollektivi ölkəmizi "Kitabi-Dədə Qorqud" dastanı əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil edəcək.