Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemət yeni mövsümdə Akademik Milli Dram Teatrının səhnəsində Lev Tolstoyun “Hacı Murad” əsərinə quruluş verəcək.
Rejissor bildirib ki, bu əsəri səhnələşdirməyi uzun illərdir ki, arzulayır: “Bu tamaşa "Şah Qacar"dan əvvəl səhnəyə qoyulmalı idi. Amma Fuad Poladovla "Şah Qacar" üzərində işlərə başladıq və "Hacı Murad" arxa plana keçdi. Yeni mövsümdə "Hacı Murad" əsəri üzərində yenidən işə başlayırıq. Baş rolda Xalq artisti Fuad Poladov çıxış edəcək. Tamaşanın 2016-cı ilin fevral-mart aylarında təhvil verilməsi gözlənilir”.
Qeyd edək ki, böyük rus yazıçısı Lev Tolstoy "Hacı Murad" povestini 1896-1904-cü illərdə yazıb. Əsər yazıçının ölümündən sonra 1912-ci ildə çap edilib. Povestin qəhrəmanı Şeyx Şamilin silahdaşlarından olmuş, sonra rusların tərəfinə keçmiş Hacı Muraddır.

Lalə Azəri








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar