Azərbaycanda 143-cü teatr mövsümünün açılışı sentyabr ayının 16-da Gəncədə keçiriləcək. Ölkədə fəaliyyət göstərən bütün teatrların nümayəndələri təntənəli mərasimə qatılacaq. Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirak edəcəyi mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış sənət adamları iştirak edəcək.
Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir. 2014-cü ilin teatr mövsümünə Şəkidə, I Şəki Beynəlxalq Teatr Festivalı ilə birgə start verilmişdi.