Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 may tarixində Rusiya Federasiyası Dağıstan Respublikasının ölkəmizdə ilk mədəniyyət günləri keçiriləcək.
Mayın 12-də Heydər Əliyev Sarayında mədəniyyət günlərinin açılış mərasimi olacaq. Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində “Dağıstan: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək. Gecədə “Ləzginka” Akademik Rəqs Ansamblı, “Xasavyurt” Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur.
Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcəklər.
Bu arada Mahaçqala şəhərində Azərbaycanda keçiriləcək Dağıstan mədəniyyəti günlərinin konsertinin sonuncu məşqi olub. Məlumatda bildirilir ki, konsert proqramına Dağıstanın aparıcı incəsənət kollektivlərinin - “Ləzginka” və “Xasavyurt” ansambllarının, Dağıstan Opera və Balet Teatrının solistlərinin, Rusiyanın Xalq artisti Zaur Tutov, Əməkdar artist Tahirə Kuraçeva, Dağıstanın Xalq artisti Muxsina Kamalova və başqalarının çıxışları daxil edilib.
“Ləzginka” ansamblının baş direktoru Cambulat Maqomedovun sözlərinə görə, konsert proqramı Dağıstan xalqlarının tarixi və mədəniyyətini əks etdirəcək. “Düşünürəm ki, qardaş Azərbaycan xalqı təqdim edəcəyimiz konsert proqramını bəyənəcək”, - deyə o vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar