Avqustun 20-dən Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşanın məşqləri başlanacaq. "Mərhumun mesajı" adlı əsərin müəllifi Hüseynbala Mirələmovdur.
Tamaşaya quruluşu rejissor, Əməkdar incəsənət xadimi Oruc Qurbanov verir. Baş rolu Xalq artisti Ramiz Məlik ifa edəcək. Digər rollarda əməkdar artistlər Şəlalə Şahvələdqızı, Almaz Amanova, Əli Nur, Elxan Quliyev və başqaları çıxış edəcək. Səhnə əsəri yeni mövsümdə təhvil veriləcək.