Uşaqların sevimli nağıl və animasiya filmi olan "Fiksi-şou" yeni il ərəfəsində Bakıda nümayiş etdiriləcək.
Bu barədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məlumat verilib. Şou-tamaşa dekabrın 26, 27 və 28-də Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
"Fiksi-şou" uşaqların sevimli animasiya filmi qəhrəmanlarının teatrallaşdırılmış tamaşasıdır. Təşkilatçılar maraqlı tamaşa vəd edirlər. Tamaşanın biletləri artıq satışdadır.