Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 95-ci mövsümü sentyabrın 18-də "Şəhrizadın daha bir gecəsi" tamaşası ilə açacaq. Xalq artisti İranə Tağızadənin quruluş verdiyi tamaşa teatrın son yaradıcılıq işlərindəndir.
Yeni mövsümdən teatrın yenilənmiş saytı da fəaliyyətə başlayacaq və dizayn, eləcə də texniki göstəricilər baxımından əvvəlkindən fərqlənəcək.
Teatrın direktoru Ədalət Hacıyevin verdiyi məlumata görə, saytda teatr haqqında mətbuatda dərc edilən ən maraqlı yazılar, tamaşaların fotoları və videoları, yaradıcı heyətlə bağlı məlumatlar və s. yer alacaq. Saytda sual-cavab bölməsi də olacaq.