Böyük Britaniyanın təhsil və mədəni əlaqələr üzrə beynəlxalq təşkilatı olan “British Council” (Britaniya Şurası) oktyabrın 3-də məşhur Şekspir teatrının (“Shakespeare’s Globe”) dünya qastrolu çərçivəsində Bakıda “Hamlet” tamaşasının nümayişini təşkil edəcək. Tamaşanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşəcək.
Londonun “Shakespeare’s Globe” teatrı 23 aprel 2014-cü il və 23 aprel 2016-cı il tarixləri arasında Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd etmək üçün “Hamlet” tamaşası ilə dünya turuna çıxıb.
Teatrın bədii direktoru və tamaşanın rejissoru Dominic Dromgoole deyib: “Səyahətimizin əsas prinsipi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəslə danışa bilər və heç bir ölkə və xalq Hamletin canlı tamaşasını izləməkdən imtina etmək istəməz”.
“Globe to Globe Hamlet” tamaşası Amerika, Avropa və Afrikada 100-dən çox ölkədə nümayiş etdiriləcək. Səyahətin yarıdan çox hissəsi tamamlanıb.
2014-cü ilin oktyabrında UNESCO qastrol çərçivəsində yerli ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsində və mədəni-elmi normaların aşılanmasında roluna görə “Globe to Globe Hamlet” tamaşasını öz maliyyə dəstəyi ilə təmin edib.
Tamaşa Azərbaycan dilində subtitrlərin müşayiəti ilə ingilis dilində səsləndiriləcək. Biletləri Bakı şəhərinin kassalarından əldə etmək mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar