Rusiyanın “Kultura” kanalında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun böyük türk şair və dramaturqu Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesi əsasında yazdığı eyniadlı balet haqqında “Əfsanə” adlı sənədli filmi nümayiş olunacaq.
Rejissor Gülər Tokgözün filmi sentyabrın 10-da telekanalda yayımlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan filmdə Maya Plisetskaya, Yuri Qriqoroviç, Türkiyənin balet ustası Meriç Sümen, məşhur türkiyəli aktrisa Türkan Şoray və bəstəkar Arif Məlikov çəkilib. Çəkilişləri Bakı, Moskva və İstanbulda aparılan filmi Rusiyanın Xalq artisti Nikolay Tiskaridze təqdim edir.