Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı oktyabr ayında Bakıya qastrola gələcək. Dövlət Musiqili Teatrının səhnəsində dünya şöhrətli gürcü rejissoru, SSRİ Xalq artisti Robert Struanın səhnələşdirdiyi tamaşalar nümayiş etdiriləcək.
Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, oktyabrın 11-də isə Terrens Maknellinin “Mariya Kallas - Dərs” tamaşaları azərbaycanlı tamaşaçılara təqdim olunacaq.
Qastrol səfəri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə gerçəkləşəcək.