Azərbaycan Teatr Xadimləri İttifaqı oktyabrda üç teatr xadiminin yubileyini keçirəcək.
Oktyabrın 5-də Əməkdar artist, uzun illər Akademik Milli Dram Teatrında çalışmış, eləcə də televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış Məcnun Hacıbəyovun 80 illiyi qeyd olunacaq.
Xatırladaq ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Aktyorluq sənətinə uşaq yaşlarından maraq göstərib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Yarımştat” kimi televiziya tamaşalarında oynadığı rollar xüsusi rəğbət qazanıb. Hazırda Məcnun Hacıbəyov Qubada, doğma kəndində yaşayır.
İttifaqın daha bir yubiley tədbiri oktyabrın 19-na təsadüf edəcək. Həmin gün Dövlət Kukla Teatrının aktyoru, mərhum Ruslan Həsənovun 70 illiyi ilə bağlı anım mərasimi keçiriləcək.
Oktyabrın 26-da isə Xalq artisti, görkəmli rejissor Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunacaq. Uzun illər respublikanın müxtəlif teatrlarında çalışıb çoxsaylı tamaşalara quruluş verən rejissorun həyat və sənət tarixçəsi sənət dostlarının təbriklərində vərəqlənəcək.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar