Mayın 10-da “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ilkin komitə iclası keçirilib.
Rəsmi açılışı mart ayında olan layihədə İtaliya və Azərbaycan tərəfləri mədəniyyət sahəsinin idarəetməsində təcrübə və biliklərin paylaşımı, Azərbaycanda mədəniyyət konsepsiyasının təkmilləşməsi üçün birgə çalışırlar.
İclasda Avropa İttifaqının Bakı nümayəndəliyindən Miqel Qomez, İtaliya tərəfindən layihə rəhbəri Adele Çesi, layihə üzrə səlahiyyətli orqan olan CİSPEL agentliyindən məsul şəxs Mikelancelo Fabbrini, layihənin rezident tvinninq müşaviri (RTM) Alessandro Bianki və onun Azərbaycan tərəfindən həmkarı Ramil Abbəkirov, eləcə də proqram idarəetmə qurumundan Əfqan Fəyziyev iştirak ediblər.
A.Bianki layihənin üçaylıq fəaliyyət hesabatını təqdim edib. Bildirib ki, “Ölkənin mədəniyyət sektoru üzrə araşdırma” mərhələsi üç həftə əvvəl başlayıb və iyulun sonuna qədər davam edəcək. A.Bianki Abşeron ərazisindəki tarixi-mədəni qoruqlara səfərlər edərək həmin qurumların məsul şəxsləri ilə, eləcə də nazirliyin bir neçə şöbəsində görüşlər keçirib.
Müşavir layihənin bu mərhələsinin sonunda təqdim olunacaq yekun sənədin hazırlanması üçün görüşlərdə əldə edilən məlumatların çox faydalı olduğunu bildirib. İclasda həmçinin layihə çərçivəsində İtaliyaya təlim səfərləri və Azərbaycanda pilot layihələr üçün ilkin ideyalar müzakirə olunub. Növbəti üç ayın hesabat iclası iyul ayının əvvəlinə təyin edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar