Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 9, 10, 11 oktyabr tarixlərində saat 19:00-da tamaşaçılara "Qızıl toy" (O.Kazımi, R.Heydər), "Fransızsayağı qarnir" (M.Kamoletti) və "www.ferzeli-kef.com" (E.Sabitoğlu, C.Məmmədov) tamaşaları təqdim olunacaq.
Tamaşaçılar bu səhnə əsərlərində Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.
Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Oktyabrın 10-da M.Kamolettinin "Fransızsayağı qarnir" əsəri rus dilində nümayiş olunacaq.