Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli dirijor və bəstəkar Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı balet nümayiş etdiriləcək. İkipərdəli balet tamaşasının süjeti Azərbaycanın tarixinə aid faktlar əsasında qurulub.
Baletə Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib.
Səhnə əsərinin libretto müəllifi Əjdər Hacıyev, bədii tərtibatçısı Xalq rəssamı Rafis İsmayılovdur.
Tamaşada Tomris rolunda Tamilla Məmmədzadə, Atr rolunda Timur Oduşev, Banu obrazında isə Səlminaz Mirzəyeva çıxış edəcək. Baletin dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.