Gürcüstanda iki azərbaycanlı media təmsilçisi Şahvələd Eyvazov və Binnət Məmmədov “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu münasibətlə hər iki həmkarımızı təbrik edib. O bildirib ki, hər iki jurnalisti yaxından tanıyır və fəaliyyətlərini yüksək qiymətləndirir.
Şura sədri deyib ki, 60 yaşları tamam olan jurnalistlərin fəxri ada layiq görülmələri onların zəhmətlərinə Gürcüstan dövləti səviyyəsində verilən qiymətdir.
Qeyd edib ki, Şahvələd Eyvazov tanınmış fotojurnalistdir. 24 ildir ki, ABŞ-ın “Assoşeyted Press” informasiya agentliyinin Qafqaz bürosunun əməkdaşıdır. Binnət Məmmədov “Gürcüstan” dövlət qəzetində işləməklə bərabər, “Regionpress” qəzetinin də rəhbəridir.
Millət vəkili dost ölkədə belə ənənənin davamlı olacağına əminliyini bildirib və hər iki qələm sahibinə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Azərbaycan Mətbuat Şurasının təbriklərini çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar