Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyev Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfələrə görə bu ölkənin “Şəfəq” ordeni ilə təltif olunub. Mayın 13-də Gürcüstan Milli Muzeyində orden Çingiz Fərzəliyevə təqdim edilib.
“Şəfəq” ordeni mədəniyyət, təhsil, elm, incəsənət, idman və digər sahələrin görkəmli nümayəndələrinin yüksək nailiyyətlərinə görə təltif olunması üçün Gürcüstan Parlamenti tərəfindən 2009-cu ildə təsis edilib.
Ordeni professor Çingiz Fərzəliyevə Gürcüstan Prezidentinin müşaviri Sofya Şamanidi təqdim edib.
Çingiz Fərzəliyev təltifə və xidmətlərinin yüksək qiymətləndirilməsinə görə Prezident Georgi Marqvelaşviliyə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturailizm ili” elan olunması baxımından bu mükafat onun üçün xüsusilə dəyərlidir. Eyni zamanda rəhbərlik etdiyi Azərbaycan Milli İncəsənət Muzeyi bu il 80 illik yubileyini qeyd edir.
Təqdimat mərasimində Gürcüstanın keçmiş mədəniyyət və abidələrin mühafizəsi naziri Nikoloz Rurua, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, sabiq nazir, “Gürcüstan-Azərbaycan” Assosiasiyasının prezidenti Valeri Asatiani, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, M.F.Axundzadənin Tbilisidəki ev-muzeyinin direktoru Leyla Əliyeva, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar