Füzuli rayonu Horadiz şəhər stadionunda Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, vətən əsgəri!” devizi altında Füzuli Dram Teatrı tərəfindən teatrlaşdırılmış hərbi-vətənpərvərlik bayramı keçirilib. Tədbirdə millət vəkili Bahar Muradova, Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, N saylı hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.
Teatrın aktyor və aktrisalarının simasında Milli Qəhrəmanlarımızın ruhları, onların ata və anaları, naməlum əsgər obrazı canlandırılıb. Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.