Akademik Milli Dram Teatrında “Mərhumun mesajı” tamaşasının son məşqləri aparılır. Yazıçı Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı İzzət Qurbanov, rejissor assistenti Vüqar Məmmədovdur.
Tamaşada xalq artistləri Bəsti Cəfərova, Səidə Quliyeva, əməkdar artistlər Sabir Məmmədov, Kazım Həsənquliyev, Ələsgər Məmmədoğlu, Mətanət Atakişiyeva, Almaz Amanova və başqaları çıxış edirlər.