Dekabrın 21-də Teatr Xadimləri İttifaqında görkəmli aktyor və teatr xadimi, Azərbaycan professional teatrının banilərindən biri Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfransda sənətkarın həyat və yaradıcılığı, teatr tarixində xidmətlərinə dair məruzələr dinləniləcək.
Tədbir Cahangir Zeynalovun 150 illiyi ilə bağlı ölkə Prezidentinin sərəncamına əsasən təşkil olunacaq.