Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov Rusiyanın Sankt-Peterburq şəhəri Xarici əlaqələr üzrə komitənin sədr müavini Sergey Markov və komitənin Xaricdəki həmvətənlərlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi D.İlyinskaya ilə görüşüb. Rusiyalı heyət 18-20 may tarixində keçirilən “Peterburqun Bakı görüşləri” layihəsi çərçivəsində paytaxtımıza gəlib.
İdarə rəisi qonaqları salamlayaraq Azərbaycanın xarici ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin elm, təhsil, mədəniyyətin və digər sahələrin inkişafında böyük rol oynadığını bildirib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.
S.Markov Bakını çox bəyəndiklərini, keçirdikləri tədbirlərdən, ustad dərslərindən, görüş və nümayişlərdən məmnun qaldıqlarını, Azərbaycan xalqının yüksək mədəniyyəti və qonaqpərvərliyinə valeh olduqlarını söyləyib. O, əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Sankt-Peterburda Bakı günlərinin keçirilməsini təklif edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Sonda xatirə hədiyyələri təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar