Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə hazırladığı "Qış möcüzəsi” proqramını rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, həmçinin teatr binasında ictimaiyyətə təqdim edir.
Şənliyin quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.
Şaxta baba və Qar qız, müxtəlif nağıl qəhrəmanlarını Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, İntizar Quliyeva, Sevinc Məmmədova, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov və başqaları canlandırır. Proqram yanvarın 10-dək nümayiş olunacaq.