Portuqaliyanın muzey işi üzrə bir qrup mütəxəssisi mayın 17-də İçərişəhərdə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspozisiya şöbəsində olub.
Nümayəndə heyəti ölkəmizə Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin xətti ilə gəlib.
Qonaqları Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri, professor Röya Tağıyeva salamlayıb. “İçərişəhər” Tarix Muzeyi ilə birgə təşkil edilmiş tədbir çərçivəsində Portuqaliya nümayəndə heyətinin üzvləri Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspozisiya şöbəsindəki arxeoloji artefaktlar sərgisi ilə tanış olublar.
Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin əməkdaşlarının birgə hazırladıqları qısametrajlı filmin təqdimatı olub. Film tamaşaçıları nadir arxeoloji abidələr, ekspedisiyalar və Azərbaycan ərazisində aşkar edilən artefaktlarla tanış edir. Sonra qonaqlara son dövrdə Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.
Portuqaliya nümayəndə heyətinin başçısı, İCOM-un Avropa bölməsinin vitse-prezidenti, Lissabondakı Arxeologiya Muzeylərinin Dostları Qrupunun prezidenti Luis Raposo Portuqaliya Muzeyləri Şurasının fəaliyyətindən danışıb, iştirakçıları 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib.
Görüşdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes-Kardoso iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar