Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dekabrın 26-dan başlanan Yeni il şənlikləri yanvarın 5-dək davam edib. Teatrın azyaşlı tamaşaçılara təqdim etdiyi bayram proqramında "Nağıllar aləmində" tamaşası ilə yanaşı musiqili şou da nümayiş olunub.
Xalq artisti Bəsti Cəfərovanın rejissorluğu ilə təqdim olunan "Nağıllar aləmində" tamaşası “Keçi və Qurd” , “Sərçə”, “Qırmızıpapaq qız”, “Ac qurd və quzu”, “Qoğal” nağılları əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Rolları Güney Əliyeva, Aygün Baxışlı, Nigar Məmmədova, Fidan Cəfərova, Günel İmanova, Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov, Adil Dəmirov, Murad İsmayılov, Ülvi Həsənov və Əlləz Əhmədov ifa ediblər.