Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il karnavalı yanvarın 4-də başa çatıb. Teatr azyaşlı dostlarına gənc yazar Pərvin Nurəliyevanın “Mauqli” pyesi əsasında hazırlanmış “Mauqlinin yeni ili” tamaşasını təqdim edib.
Balacaların sevimli nağıl personajının sərgüzəştlərindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Əsas obrazları Zaur Əliyev, Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev və başqaları ifa ediblər.
Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca “Mauqlinin yeni ili”ni izləyən balacalar tamaşadan məmnun qalıblar.