Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda növbəti seminar keçirilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva və digər çıxış edənlər ölkəmizdə multikulturalizm mühiti, bu sahədə dövlət siyasətindən söhbət açıblar.
“Multikulturalizmin mahiyyəti və hüquqi əsasları”, “Multikulturalizm çərçivəsində erməni ziyalılarının yaradıcılığında azərbaycanlılara münasibət (XIX əsrin sonu - XX əsrin əvvəli)”, “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzularında çıxışlar dinlənilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verib və bu cür nəşrlərin Azərbaycan multikulturalizminin əsaslarını öyrənmək baxımından əhəmiyyətini vurğulayıb. O, kitabın bir nüsxəsini muzeyə hədiyyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar