Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının paytaxtı Tehranda keçiriləcək 34-cü Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub. Bu barədə teatrın direktoru Tofiq Heydərov məlumat verib.
2016-cı il yanvarın 5-dən 20-dək keçiriləcək festivalda Lənkəran Dövlət Dram Teatrının kollektivi tamaşaçılara İran yazıçısı Bəhram Bizayinin “İlan Sultan” tamaşasını təqdim edəcək.
Dekabr ayında Lənkəranda premyerası keçirilən səhnə əsərinə iranlı rejissor Xeyrullah Təğiyanipur quruluş verib.