Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrı ispan dramaturqu Pedro Kalderonun lirik komediya janrında qələmə aldığı “Məhəbbətlə zarafat etmirlər” pyesinin tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Əsas rolları Əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub.