Yanvarın 17-də Dövlət Pantomima Teatrında Xalq artisti Bəxtiyar Xanızadənin “Unutmayaq” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq.
Səhnə əsəri teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək. Musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.
Tamaşanın əsas süjet xəttini Xocalıda baş verən dəhşətli hadisələr təşkil edir. Rolları əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlar Səbinə Hacıyeva, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Rafiz Mehdizadə, Bəhruz Vaqifoğlu və Nurlan Rüstəmov ifa edir.
Qeyd edək ki, tamaşa Xocalı soyqırımının tanıdılması məqsədilə Almaniya və Fransada da nümayiş olunub.