İrəvan Dövlət Azərbaycan Dram Teatrı 2015-ci ildə bir sıra uğurlu layihələrə imza atıb. Teatrdan bildiriblər ki, ötən il teatrda 12 yeni tamaşa hazırlanıb. Kollektiv 2015-ci ildə Azərbaycanın 19 rayonunda qastrol səfərində olub.
Teatrın rejissorları, aktyorları digər sənət ocaqlarında tamaşalar hazırlayıb, səhnə əsərində rol alıblar. Həmçinin bir sıra gənc rejissor İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə əsərlərinə quruluş verib.