Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin ediliblər.
Yanvarın 12-də Mingəçevir Şəhər İcra Hakimiyyəti nümayəndəsinin iştirakı ilə yeni baş rejissor teatrın kollektivinə təqdim olunub.
Tədbir iştirakçıları ölkə Prezidentinin 30 dekabr 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Şıxı Yaqubovu təbrik ediblər. Bu fakt dövlət başçısının Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirilib.