Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Belarus Respublikasının Azərbaycandakı səfiri Gennadi Axramoviç ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Sevda Məmmədəliyeva Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Bu ilin aprelində Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin, tədbirdə bir sıra dövlətlərin geniş tərkibli nümayəndə heyətləri ilə təmsil olunmasının Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar