Gənc Tamaşaçılar Teatrı Konyada keçiriləcək ənənəvi festivala qatılacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprel ayında Türkiyənin Konya şəhərində keçiriləcək ənənəvi “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Bu il 9-cu dəfə gerçəkləşəcək festivalın təşkilatçısı Konya Dövlət Teatrıdır.
Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türkdilli teatr kollektivləri qatılırlar. Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cari repertuarındakı iki tamaşanı seçim məqsədilə festivalın münsiflər heyətinə təklif edib. Bu, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və İsveç yazıçısı L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsəridir. Münsiflər heyətinin qəbul edəcəyi tamaşa festivala aparılacaq.