Yanvarın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşasının premyerası olub. Teatrda 2000-ci ildə səhnələşdirilən və ötən müddətdə 120 dəfə nümayiş etdirilən Xanımana Əlibəylinin “Dovşanın ad günü” əsərinin tamaşası bərpa olunaraq yenidən repertuara daxil edilib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjimançısı Vasif Hüseynlidir. Səhnə əsərində Xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunub.
Rolları İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov və başqaları oynayırlar.